ABŞ-da uşaq meydançasına təyyarə yanacağı tökülüb, 60 nəfər zərər çəkib

ABŞ-da uşaq meydançasına təyyarə yanacağı tökülüb, 60 nəfər zərər çəkib

ABŞ-ın Kaliforniya ştatında, Kadaxidə uşaq meydançasına reaktiv yanacaq tökülməsi nəticəsində zərər çəkənlərin sayı artıb. 
 
 Məlumata görə, təyyarə yanacağından zərər çəkənlərin sayı 60 nəfərə çatıb. 
 
Los-Anceles dairəsinin Yanğınsöndürmə Mühafizəsi Departamentinin inspektoru Şon Ferqyuson telekanala bildirdi ki, hadisə günortadan az sonra olub. Qeyd edilir ki, toplam olaraq söhbət altı məktəbdən gedir. 
 
Hazırda zərərçəkənlərə yardım göstərmək üçün 70 yanğınsöndürən və tibb işçisi hadisə yerindədir. /trend
 

Google+ WhatsApp ok.ru