ABŞ-da universitetdə atışma: 2 ölü

ABŞ-da universitetdə atışma: 2 ölü

-- Polis hadisənin ailə münaqişəsi zəminində qeydə alındığını bildirib

ABŞ-ın Miçiqan ştatında universitetdə silahlı insident baş verib.
 
Maide.Az  "APA"-a istinadən xəbər verir ki, hadisə Maunt-Plezant şəhərində qeydə alınıb.
 
İlkin məlumata əsasən, insident nəticəsində 2 nəfər ölüb.
 
Məlumata görə, cinayəti törətməkdə  19 yaşlı Ceyms Erik Devis şübhəli bilinir. 
 
Polis hadisənin ailə münaqişəsi zəminində qeydə alındığını bildirib. Hazırda gəncin tutulması istiqamətində tədbirlər görülür.
 

Google+ WhatsApp ok.ru