ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 20-yə çatıb 18 Fevral 2016 02:00 Qarabağ xəbərləri ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok (Steve Bullock) rəsmi bəyanat imzalayaraq, Xocalı qətliamının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevral tarixini "Xocalını Anma Günü" günü olaraq yad etməyə cağırıb. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna daxil olmuş sənəddə, Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib. Qeyd edək ki, bu bəyanat, Montana ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir. Bəyanatda S.Bulok bildirir: "Biz montanalılar bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla, münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk". Sənədin sonunda 26 fevral 2016-cı il tarixinin Montanada "Xocalını Anma Günü" olaraq elan edildiyi vurğulanır. Qeyd edək ki, bu sənədlə ABŞ-da Xocalı qətliamını pisləyən ştatların sayı 20-yə çatıb. Teqlər : #ABŞda Xocalı qətliamını tanıyan ştatların sayı 20yə çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 133 dəfə pozub Erməni silahlı bölmələrinin mövqelərinə 131 dəfə atəş zərbəsi endirilib
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni