ABŞ-da yaşayış binasında partlayış - 20 yaralı

ABŞ-da yaşayış binasında partlayış - 20 yaralı

 
ABŞ-ın Merilend ştatında yaşayış bunasında partlayış və yanğın baş verib. Trend "FOX 5 DC" telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 20 insan yaralanıb.
 
Partlayış Montqomeri dairəsində gecə yarısı baş verib. Əvvəl partlayış qeydə alınıb, sonra isə yanğın olub. Yanğən nəticəsində dəymiş ziyan ciddi dəyərləndirilir.
 
Xəsarət alanların arasında yanğınsöndürmə xidmətinin əməkdaşları da var.
 
Partlayışın səbəblərinin hələlik müəyyənləşdirilmədiyi bildirilir. /

Google+ WhatsApp ok.ru