ABŞ-da yeniyetmələr məktəb avtobusunu gülləbaran edib

ABŞ-ın Florida ştatında polis Ceksonvill şəhərində məktəb avtobusunu atəşə tutmuş iki yeniyetmə barəsində axtarış elan edib.
 
İnsident nəticəsində iki məktəbli qız güllə yaraları ilə xəstəxanaya yerləşdirilib.  
 
Şahidlərin ifadələrinə əsasən, avtobusa yaxınlaşan iki qaradərili yeniyetmə üzərilərində olan tapançaları çıxararaq atəş açıb, sonra isə hadisə yerindən uzaqlaşıblar. Polis baş vermiş rayonu nəzarətə alıb, yeniyetmələr barəsində axtarış elan edilib.  
 

Google+ WhatsApp ok.ru