ABŞ-da zənci uşağa polis zorakılığı

Kaliforniyada zənci gəncin doqquz polis tərəfindən döyülüb nəzarətə alınması zamanı çəkilən video reaksiyalara səbəb olub

ABŞ-ın Kaliforniya ştatında zənci gəncin döyülərək nəzarətə alınması zamanı çəkilən video ölkədə yeni bir "polis zorakılığı hadisəsini" ortaya çıxarıb.
 
Maide.az xəbər verir ki, Kaliforniyanın Stockton şəhərində 16 yaşlı zənci piyada qırmızı işıqda keçdiyi üçün 9 polis tərəfindən zor tətbiq olunaraq saxlanılıb. Zorakılıq hadisəsinə şahid olan bir vətəndaşın hadisə anına dair çəkdiyi videonun yayımlanması yeni bir "polis zorakılığı" hadisəsini ortaya çıxardı. Videodakı görüntülər reaksiyalara səbəb olarkən, uşağın ailəsi polislərə qarşı məhkəmə iddiası qaldıracağını qeyd edib.
 
Polisdən açıqlama veriblər ki, "polisin polis kimi davrandığı, ancaq hadisə ilə bağlı əlavə istintaq aparılacaq".
 
Hadisəni lentə çəkən hal şahidi Edqar Avendano, gəncin yolda gedərkən polis tərəfindən dayandırıldığını açıqlayıb. Stockton polis sözçüsü isə, "uşağın yoldan çıxmağı rədd etdiyini və vəziyyətin böyüyərək gərginliyə səbəb olduğunu" bildirib.
 
Nəzarətə alınan və adı açıqlanmayan gənc sərbəst buraxılıb.
 

Google+ WhatsApp ok.ru