ABŞ: Dustaqlar həbsxana mühafizəsini yerfındığı pastası ilə aldadaraq qaçıblar

ABŞ: Dustaqlar həbsxana mühafizəsini yerfındığı pastası ilə aldadaraq qaçıblar

ABŞ-da Alabama ştatındakı həbsxanada 12 dustaq mühafizəçiləri çaşdırmaq üçün yerfındığı pastasından istifadə edərək qaçmağa nail olub.
 
Dustaqlar yerfındığı pastasını həbsxananın çıxış qapısının üzərindəki nomrəyə yaxaraq mühafizə xidmətinin yeni əməkdaşını aldadıblar.
 
Belə ki, dustaqlar çaşdırılmış əməkdaşa kamera qapısı əvəzinə çıxış qapısını açdıra biliblər.
 
Həbsxananın ətrafına çəkilmiş ülgüclü məftil hasarını aşmaq üçün qaçaqlar məhbus uniforması və yorğanlardan istifadə ediblər.
 
Bazar günü qaçan 12 dustağın hamısı polis tərəfindən tapılaraq həbs edilib.
 
Qaçaqlardan 11-i hadisənin üstündən 12 saat keçməmiş tutulub, sonuncu dustaq isə çərşənbə axşamı günü axşam saatlarında yaxalanıb.
 
Yerli şerif Facebook səhifəsində qeyd edib ki, qaçaq düşmüş dustaqlardan yalnız biri, 24 yaşlı Brady Andrew Kilpatrick həbsxananın yerləşdiyi ştatın hüdudlarını tərk edə bilib.
 
Polis həmin dustağı Florida ştatının Tequesta məntəqəsində həbs edib.(bbc)
 

Google+ WhatsApp ok.ru