ABŞ-Çinin yeni taariflə davası ayaqqabı şirkətlərinin etirazına səbəb oldu - ‘fəlakət’ ola bilər

ABŞ-Çinin yeni taariflə davası ayaqqabı şirkətlərinin etirazına səbəb oldu - ‘fəlakət’ ola bilər

Adidas, Nike və Puma şirkətləri ABŞ Prezidenti Donald Trump-ı Çinlə ticarət müharibəsini bitirməyə çağırıblar. Onlar yeni tariflərin “fəlakətli” ola biləcəyini deyiblər.
 
Mayın 21-də Trump-a yazdıqları məktubda ayaqqabı sənayesinin bu üç nəhəngi Amerikanın 170-dən çox ayaqqabı istehsalçısının səsinə səs verib, bu sektoru yeni tariflərdən azad etməyə çağırıb.
 
ABŞ administrasiyası bu ay 200 milyard dollarlıq Çin məhsuluna rüsumu 25 faizə qaldırıb. Çindən Birləşmiş Ştatlara idxal olunan bütün məhsullara rüsumların qaldırılacağı bildirilir.
 
Bu, snikers kimi tanınan ayaqqabılar və iPhone-lar daxil, elektronika malları və geyimlərə də əlavə vergi qoyulması deməkdir. Xəbər Çindən gətirilən məhsullardan asılı ticarətçi və istehsalçıları təlaşlandırıb.
 
 ​3 milyard dollarlıq rüsum ödənir
 
“Ayaqqabılara 25 faizlik rüsum müştərilərimiz, şirkətlərimiz və bütünlükdə Amerika iqtisadiyyatı üçün fəlakətli olar”, – məktubda deyilir.
 
Məktubda idman ayaqqabıları sənayesinin artıq 3 milyard dollarlıq rüsum ödədiyi və əlavə tariflərin qiymətləri qaldıracağı vurğulanır.
 
“İdxal olunan məhsulların tarifini ABŞ istehlakçıları ödəyir, bu, yanlış anlaşılmamalıdır”, – şirkətlər vurğulayır.
 
“Frans Pres” agentliyi yazır ki, bir çox şirkətlər və sənayelər Çinin siyasətinin dəyişməsini, ABŞ texnologiyasının oğurlanması məsələsinin həllini istəyirlər. Ancaq onlar rüsumlardan əsas silah kimi istifadəyə qarşı çıxırlar.
 
Yeni tariflər elan olunandan dərhal sonra 17 sənaye qrupu Trump-ı qərarına yenidən baxmağa çağırmışdı.
 
“2017-ci ildə Birləşmiş Ştatlara idxal olunan geyimin 41, ayaqqabıların 72, səyahət mallarının 84 faizi Çindən gəlib”, – məktubda deyilirdi.
 
ABŞ-ın Ticarət nazirinin idarəsi yeni tariflərin hədəfə alacağı məhsulların siyahısını dərc edib, ictimaiyyətin fikrini öyrənmək istəyirlər, iyunun 17-nə isə dinləmə təyin olunub.
 
Öncəki tariflər zamanı Ağ ev şirkətlərin xahişilə bəzi vacib məhsulları rüsumdan azad edib.
 

Google+ WhatsApp ok.ru