ABŞ-ın “qara siyahı”sındakı bankın Azərbaycandakı rəhbəri dəyişdi

Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurasının qərarı ilə Yuri Yakovlev İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Bankdan Trend-ə daxil olan məlumata görə, yeni sədr öz vəzifələrinin icrasına 2014-cü ilin iyul ayından Azərbaycan Mərkəzi Bankında attestasiyadan keçdikdən sonra başlayıb.
 
Y.Yakovlev VTB Qrupunda 2006-cı ildən işləyir, 2011-ci ildən Nyu Dehli şəhərində VTB Bankın filialına başçılıq edib.
 
Bank VTB (Azərbaycan) ASC "Bank VTB" ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları "Bank VTB" ASC və "AtaHolding" ASC-dir.
 
Qeyd edək ki, ABŞ Rusiyanın bir neçə bankına, o cümlədən, VTB-yə qarşı sanksiya təqdim edib.

Google+ WhatsApp ok.ru