ABŞ-ın Əfqanıstan müharibəsinin xərci 1 trilyon dollardır

Amerikanın Əfqanıstan müharibəsindəki xərcinin ən azı 1 trilyon dollar olduğu bildirildi.

Maide.az xəbər verir ki, Əfqanıstan mediasının məlumatlaranına görə, Amerika 13 illik Əfqanıstan müharibəsi dövründə 1 trilyon dollardan çox pul xərcləyib və bu pul da amerikalı vergi mükəlləflərindən əldə edilib.
 
Sözügedən miqdarın bir hissəsinin Obamanın prezidentliyi dövründə istifadə edildiyi, çünki Obamanın prezident olmasından sonra Əfqanıstana 30 min Amerika əsgəri göndərildiyi deyilir.
 
Əfqanıstandakı 13 illik müharibə tarixi Amerikanın ən uzun döyüşü adlandırılır.
 
Amerikanın Əfqanıstanda 13 il ərzində əsgər itkisinin isə 2200, yaralı sayının da 20 min civarında olduğu açıqlanıb.

Google+ WhatsApp ok.ru