ABŞ-ın şərq hissəsi dondu

Amerika Birləşmiş Ştatlarının şərq hissəsində anomal soyuqlar hökm sürür. Bölgədəki ştatlarda fevral ayı üçün normadan 10-20 dərəcə aşağı temperatur qeydə alınıb. 
 
Çikaqo şəhərində bütün məktəblər bağlanıb. Nyu-Yorkda isə bəzi yerlərdə buzlaşma təhlükəli vəziyyət yaradıb. Ölkənin şimal-şərqində dəmiryol nəqliyyatının hərəkəti iflic olub. 
 
Bəzi ştatlarda şaxta temperaturu rekord təzələyib. Sinoptiklər Kanada tərəfdən gələn soyuq hava kütlələrinin təsiri altında ABŞ-da yaxın vaxtlarda şaxtaların daha da güclənəcəyini proqnozlaşdırırlar.

Google+ WhatsApp ok.ru