ABŞ-ın Əfqanıstanla bağlı 17 illik yalanı və saxtakarlığı

ABŞ-ın Əfqanıstanla bağlı 17 illik yalanı və saxtakarlığı

“Nyu-York Tayms” qəzeti ABŞ rəsmilərinin 17 ildir Əfqanıstandakı proseslərin gedişatı ilə bağlı şişirdilmiş və həqiqəti əks etdirməyən hesabatlar yayımladığını ortaya çıxarıb.
 
Maide.Az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, qəzet 2001-ci ildən bəri ABŞ ictimaiyyətinə yalan məlumatlar verildiyini yazıb:
 
“ABŞ rəsmiləri Əfqanıstan hökumətinin ölkənin 56 faizini nəzarətdə saxladığını deyir. Əslində isə bu rəqəm 29 faizdir. Döyüşlərdə 2200 ABŞ əsgəri ölüb, lakin bu rəqəmlər gizlədilib. Bundan başqa, “Taliban” terror təşkilatı ilə mübarizə və dağıntılar olan yerlərin yenidən inşasına 840 milyard dollardan çox xərc çəkilsə də, ictimaiyyətə açıqlanmayıb. Bu xərc İkinci dünya müharibəsindən sonra Avropanın yenidən inşası üçün hazırlanan “Marşal Planı”nda xərclənən puldan daha çoxdur”.
 
Qəzet yazır ki, ABŞ rəsmiləri “Taliban”ın məğlubiyyətə uğradığını qələmə verməyə çalışsa da, bu terror təşkilatı əslində 2017-ci ildən bəri əfqan torpaqlarını daha çox işğal edib.

Google+ WhatsApp ok.ru