ABŞ-ın “demokratiya müharibələrinə” çəkdiyi xərc: bumeranq effektinə hesablanmış planlar niyə suya düşdü?

ABŞ-ın “demokratiya müharibələrinə” çəkdiyi xərc: bumeranq effektinə hesablanmış planlar niyə suya düşdü?

ABŞ-ın “demokratiya müharibələrinə” çəkdiyi xərc: Bumeranq effektinə hesablanmış planlar niyə suya düşdü?
 
Birləşmiş Ştatlar son 20 il ərzində hərbi əməliyyatların aparılmasına təqribən 5,9 trilyon dollar vəsait sərf edib. “Report”-un xəbərinə görə bu barədə ABŞ-ın Braun Universitetinin professoru Net Kraufordun apardığı araşdırmalarla bağlı hesabatında deyilir. Kraufordun hesablamalarına görə hərbi əməliyyatlar nəticəsində ümumilikdə 480 mindən çox insan həlak olub ki, onlardan da 244 min nəfəri dinc sakinlərdir. Təqribən 10 milyon insan öz yaşayış yerini dəyişmək məcburiyyətində qalıb. Hərbi əməliyyatların 2023-cü ildə bitəcəyi təqdirdə, xərclərin ümumi məbləği Kraufordun fikrincə, borc faizlərini çıxmaq şərti ilə azı 6,7 trln. dollar təşkil edəcək.
 
2001-ci il “11 sentyabr” hadisəsindən sonra ABŞ Yaxın Şərqlə bağlı “strateji planına” start verdi. Belə ki, neft və digər təbii sərvətlərlə zəngin Yaxın Şərqə daxil olmaq üçün regionun ən kasıb ölkələrindən biri olan Əfqanıstana “demokratiya” bəxş etmək üçün daxil olan ABŞ-ın əsas məqsədi burada möhkəmlənmək və ardınca digər ölkələri öz əsarəti altına almaq idi. Təbii ki, ABŞ Əfqanıstanda tam qələbə qazana bilməyəcəyini yaxşı dərk edirdi. Amma əsas məqsəd regionda qalmaq deyil, hərbi bazaları yerləşdirmək idi. 
 
Ardınca “bioloji silah” ittihamı ilə 2003-cü ildə İraqa daxil olan ABŞ burda Səddam rejimini devirdikdən sonra zəngin neft yataqlarına sahib oldu. 10 il ərzində xərclədiyi pulun bir neçə qatını əldə etdi. 
Minlərlə insanın ölümü, əlil olması və yurd-yuvasından qaçqın düşməsi hesabına aparılan bu “demokratiya müharibələri” xərc aparmaqla yanaşı elə ABŞ-ın özündən də insan itkisinə səbəb olurdu. Artıq regiondan çıxmaq lazım olan ərəfədə isə burda davamçısını qoymaq lazım gəlirdi. “Əl-Qaidə”, “Taliban” işlənmiş kartlar olduğu üçün yeni İŞİD kartı ortaya atıldı. Məqsəd isə Şərqin qapısı olan Suriyanı ələ keçirmək və regiona tam hakim olmaq idi. 
 
Amma Suriya düyünü ABŞ-ın bütün planlarını pozdu. Təxminən 7 il ərzində regionda yenə minlərlə insan tələfatına, infrastrukturun dağılmasına səbəb olan ABŞ regionun digər güclü dövlətləri olan Rusiya, İran və Türkiyənin birlik yaratması ilə geri çəkilməyə məcbur oldu.
 
Hazırda regionda ən böyük problem Yəməndir. Bu gün ABŞ müharibəni birbaşa deyil öz vassalarının əli ilə aparır. Xərclənən milyardların isə geri qayıtma ümidi olmadığı üçün öz kisəsinin ağzını bağlayıb. Müttəfiqləri olan ərəb ölkələrinin zəngin təbii sərvətləri hesabına regionda nüfuz müharibəsi aparır.
 
“Terrorla mübarizə” adı altında terrorizm, “demokratiya” adı altında isə anarxiya yaradan ABŞ artıq dünya dövlətlərinin təpkiləri ilə üz-üzədir. /Maide.Az/

Google+ WhatsApp ok.ru