'ABŞ-ın əsas hədəfi Əfqanıstan olacaq'- Rusiyadan açıqlama

'ABŞ-ın əsas hədəfi Əfqanıstan olacaq'- Rusiyadan açıqlama

ABŞ prezidenti Donald Trampın Suriyadakı əsgərlərini geri çəkəcəyi ilə bağlı açıqlamasına Rusiyadan münasibət bildirilib.

Maide.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitə sədrinin birinci müavini Frants Klintseviç ABŞ-ın Suriyadan tamamilə çıxacağına inanmadığını deyib:

“Onların qərarı şübhəlidir. Xüsusi təyinatlıları və hava qüvvələrini Suriyada saxlayacaqlarını düşünürəm. Rusiya isə orada qalmağa davam edəcək. Əgər ABŞ Suriyadan çıxarsa, biz orada terrorizmi 6 ayda bitirərik”.

Klintseviç Suriyadakı terrorçuların ABŞ tərəfindən Əfqanıstana göndərildiyini də iddia edib:

“Əfqanıstan artıq əsas hədəf olacaq. Həmçinin, Əfqanıstan üzərindən Mərkəzi Asiyaya da təsir etmək istəyəcəklər”.

Google+ WhatsApp ok.ru