ABŞ-ın Bakıdakı səfirinin iftar süfrəsində Fələstin səfiri iştirak etdi (Foto)

Xəbər verdiyimiz kimi işğalçı İsrail rejimi 8 gündür fələstinlilərin yaşadığı Qəzza zolağına hücum edir. Sionist rejimin hücumları nəticəsində 194 nəfər fələstinli şəhid olub, 1400 nəfər yaralanıb. 
 
ABŞ həmişə olduğu kimi sionist rejimə dəstək verib. Belə ki, ABŞ rəsmisi Ceym Psaki Ağ Evdə keçirilən gündəlik mətbuat brifinqi zamanı qeyd etmişdir ki, “ABŞ İsrailin öz vətəndaşlarını qoruması üçün Qəzza zolağının bombardıman edilməsini İsrailin hüququ sayır və ABŞ bunu tam haqlı hesab edir.”
 
Baş verənlərin konteksində Azərbaycanda maraqlı hadisə baş verib. 
 
ABŞ səfiri Riçard Morninqstar öz evində iftar süfrəsi təşkil edib. İftar süfrəsində Azərbaycan parlamentinin deputatları, ictimai xadimlər, xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri və bəzi ilahiyyatçılar iştirak edib. İştirak edənlərin arasında Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim də olub.
 
İslamazeri.az İnternet Qəzeti faktı dəqiqləşdirmək üçün Fələstinin Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb. Səfirlikdən bildirilib ki, “Bəli, dəvətnamə göndərilib və cənab səfir dəvəti qəbul edərək ABŞ səfirinin evindəki iftar süfrəsində iştirak edib.”

Google+ WhatsApp ok.ru