ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Mosula hücumunda 230-dan çox iraqlı dinc sakin həyatını itirib - VİDEO

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Mosula hücumunda 230-dan çox iraqlı dinc sakin həyatını itirib - VİDEO

Martın 16-da  Amerikanın başçılıq etdiyi koalisiya qüvvələrinin Mosula hücumu nəticəsində 230-dan çox iraqlı dinc sakin həyatını itirib.

Maide.Az xəbər verir ki, Amerikanın başçılıq etdiyi koalisiya qüvvələrinin hücumu nəticəsində baş verən partlayışlar nəticəsində həlak olan 230-dan çox dinc sakinin əksəriyyəti uşaqlar və qadınlardır. 
 
İraq rəsmiləri və yerli sakinlər elan edib ki, Mosulun Cədidə bölgəsində bir xəstəxananın yaxınlığında martın 16-da baş vermiş partlayış nəticəsində dağıntılar altında hələdə dinc sakinlər var və onların axtarışı davam etdirilir. İndiyədək 130 cənazə dağıntılar altından çıxarılıb. 
 
Yerli sakinlər bildirir ki, martın 16-da ABŞ qırıcılarının hücumundan sonra partlayıcı maddələrlə dolu yük maşının partlaması nəticəsində evlərdə dağıntılar baş verdi və bölgədəki əhalinin çoxu dağıntılar altında qalıb.
 
İraq polisi bildirib ki, partlayış nəticəsində 30 ev dağılıb.  
 
"Airwars" qeyri-hökumət təşkilatının məlumatına görə, 2014-cü ildən İŞİD əleyhinə hücumların başlanması günündən indiyədək ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvlərinin hava hücumları zamanı İraq və Suriyada ən az  2463 dinc sakin həyatını itirib. /

Google+ WhatsApp ok.ru