ABŞ-ın büdcə kəsiri son 11 ilin rekordunu yenilədi

ABŞ-ın büdcə kəsiri son 11 ilin rekordunu yenilədi

ABŞ-ın dövlət büdcəsinin kəsiri 8 fiskal ay üçün (maliyyə ili 2019-ci ilin 1 oktyabrından hesablanır) 1,9 trilyon dollara çatıb.
 
Maide.Az "modern.az"a istinadla xəbər verir ki, sonuncu dəfə 2009-cu ildə büdcə kəsiri 1 il üçün bu qədər böyük olmuşdu. Təkcə may ayında ABŞ-ın büdcə kəsiri 399 milyard dollara çatıb.
 
Martın ortalarından başlayaraq ABŞ-ın əksər müəssisələri koronavirusa görə çalışmırdı. Bu fonda ölkənin Ümumi Daxili Məhsul istehsalı ilin ilk 3 ayında 5% azalıb.
 

Google+ WhatsApp ok.ru