ABŞ-ın dövlət borcu 23 trilyon dollara çatıb 02 Noyabr 2019 09:07 Xəbərlər ABŞ-ın dövlət borcu yeni rekord nöqtəyə - 23 trilyon dollara çatıb. Bu barədə ABŞ Maliyyə Nazirliyi gündəlik hesabatında deyilir. Sənəddə göstərilən rəqəm ölkənin dövlət borcunun 31 oktyabra olan vəziyyətini əks etdirir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, ABŞ-ın dövlət borcu 2017-ci ildə ÜDM-nin 108 faizindən 2023-cü ildə ÜDM-nin 117faizinə qədər artacaq. ABŞ-ın mövcud borc problemləri 2007-2008-ci illərdəki maliyyə böhranının nəticəsidir. O vaxtdan ölkə bir neçə dəfə dövlət borcunun maksimumunu qaldırmaq məcburiyyətində qalıb. Bu məsələ ilə əlaqədər Demokratlar və Respublikaçılar arasında hər dəfə siyasi mübahisələr baş verir. Barak Obamanın 8 il prezidentliyi dövründə ərzində ABŞ hökumətinin dövlətborcu 9 trilyon dollardan çox artaraq 20 trilyon dollara çatmışdır. Amerikalı iqtisadçılar bu rəqəmin 2026-cı ilə qədər 30 trilyon dollar səviyyəsinə yüksələcəyini gözləyirlər. /Trend Teqlər : #ABŞın,#dövlət,#borcu,#trilyon,#dollara,#çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Divarlarında Quranın bütün surələri həkk olunmuş məscid - FOTO Dünyanın ən uzun Quran kitabı təqdim edildi - FOTO