ABŞ-ın gətirdiyi demokratiya: Əfqan uşaqların yarısı təhsil ala bilmir

ABŞ-ın gətirdiyi demokratiya: Əfqan uşaqların yarısı təhsil ala bilmir

-- 3,7 milyon uşaq təhsil hüququndan istifadə edə bilmir

ABŞ-ın 2001-ci ildə Əfqanıstanı işğal etməsindən sonra bu ölkədə vəziyyət stabilləşmir. Əfqanıstan 17 illik işğaldan sonra hələ də terrorçularla mübarizə aparmaq məcburiyyətindədir.
 
Əfqanıstanda ən çox əziyyət çəkən qrup isə azyaşlılardır.
 
Maide.Az "faktxəbər"ə isitnadən  bildirir ki, ölkədə uşaqların yarısı təhsil almaq hüququndan məhrumdur. Bu barədə BMT hesabat hazırlayıb.
 
Hesabatda göstərilir ki, yaşları 7-17 arasında dəyişən 3,7 milyon uşaq təhsil hüququndan istifadə edə bilmir. Bu rəqəmin 60 faizini qız uşaqları təşkil edir. Əyalətlərdə faiz nisbəti isə 85-ə çatıb.
 
Müharibə və yoxsulluq şəraitində yaşamağa məhkum olan əfqan xalqı Taliban və ABŞ qüvvələrinin kölgəsində təhsil haqqına çata bilmək üçün sanki mübarizə aparır.
 
Mövcud məktəblərdə təhsil alan uşaqların yalnız 85 faizinin təhsilini tamamladığı və hazırda məktəbi tərketmə riski ilə üzləşən uşaqların sayının isə 300 min nəfər olduğu bildirilir.
 

Google+ WhatsApp ok.ru