ABŞ-ın gizli zindanları: Polşa 200 min ziyanda

Polşa Avropa İnsan Haqları Məhkəməsinin ABŞ-ın bu ölkənin ərazisindəki məxfi həbsxanalarında xəsarət almış şəxslərə kompensasiya verilməsi ilə bağlı qəbul etdiyi qərarı yerinə yetirməyə başlayıb.
 
Bu barədə informasiyanı Polşa Xarici İşlər Nazirliyi yayıb.
 
Məhkəmənin qərarına əsasən, Polşa zərərçəkən iki nəfərin hər birinə 100 min avro kompensasiya verəcək. Kompensasiya veriləcək şəxslər Səudiyyə Ərəbistanından olan Rahim ən-Naşir və fələstinli Əbu Zübeyddir. Onların hər ikisi hazırda Quantanamo həbsxanasındadır. axar/

Google+ WhatsApp ok.ru