ABŞ-ın hərbi attaşesi Rusiya Müdafiə nazirliyinə çağırılıb

ABŞ-ın hərbi attaşesi Rusiya Müdafiə nazirliyinə çağırılıb

ABŞ səfirliyinin hərbi attaşesi Rusiya Müdafiə nazirliyinə çağırılıb.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
 
“Bu axşam ABŞ-ın hərbi attaşesi Rusiya Müdafiə nazirliyinə çağırılıb. ABŞ tərəfinə bildirilib ki, Rusiya aprelin 8-dən etibarən iki ölkə arasında Anlaşma Memorandumu çərçivəsində öhdəliklərini dayandırır”, deyə İ.Konaşenkov qeyd edib.
 
Rusiya Müdafiə nazirliyi həmçinin Pentaqonu Suriyada hava insidentlərinin qarşısının alınmasına dair qaynar xətt kanallarının işinin dayandırılması barədə məlumatlandırıb. 
 

Google+ WhatsApp ok.ru