ABŞ-ın hərbi bazasında atışma baş verib, ölən var

ABŞ-ın hərbi bazasında atışma baş verib, ölən var

ABŞ-ın Florida ştatında Hərbi Hava Qüvvələrinə məxsus bazalardan birində silahlı insident baş verib.
 
Bu barədə Xerlber-Fild aviabazasının "Facebook" səhifəsində xəbər yayılıb.
 
Bildirilir ki, atışma zamanı 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Təhlükəsizlik məqsədi ilə baza bağlanılıb. Hadisənin təfərruatları haqda məlumat verilməyib. Araşdırma aparılır. /Trend
 

Google+ WhatsApp ok.ru