`ABŞ-ın hazırkı prezidentinin taleyi də sələflərindən daha yaxşı olmayacaq, tarixdə itəcək`

`ABŞ-ın hazırkı prezidentinin taleyi də sələflərindən daha yaxşı olmayacaq, tarixdə itəcək`

-- Ayətullah Xamenei nüvə sazişinin Avropa ölkələri ilə icrasının davam etdirilməsi üçün bir neçə şərt irəli sürüb

“Düşmənin məğlubiyyətində heç bir şübhəmiz yoxdur”.
 
Maide.Az "leader.ir" saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün ölkənin məsul şəxsləri və dövlət işçiləri ilə  görüşdə deyib.
 
Ayətullah Xamenei qeyd edib ki, İnqilabın əvvəlindən bu günə kimi ABŞ İslam Respublikasına zərbə vurmaq üçün müxtəlif düşmənçiliklər edib. Bu düşmənçiliklər siyasi, iqtisadi, hərbi və təbliğat xarakterli olub. Bu işlərin hamısının məqsədi çevriliş olub. Bu yeni bir şey deyil. 
 
İran İslam Respublikası 40 il bundan öncəki illərlə müqayisədə çox geniş potensiala malikdir və öz hərəkətini davam etdirir. Onların bütün planları uğursuz olub. Tom və Cherry cizgi filmində pişiyin davamlı olaraq məğlub olduğu kimi onlar da məğlub olacaq. Bizim düşmənin məğlub olacağına heç şübhəmiz yoxdur. İslam maarifi ilə tanış olan hər bir kəs bunu bilir. 
 
ABŞ-ın hazırkı prezidentinin taleyi də sələflərindən - Buş , Neocons və Reagandan - daha yaxşı olmayacaq, tarixdə itəcək deyən Ayətullah Xamenei bildirib ki, İslam Respublikası ABŞ ilə əmakdaşlıq edə bilməz. "Ona görə ki, ABŞ öz öhdəliklərini yerinə yetirmir. Bu, təkcə ABŞ-ın indiki hökumətinə, Trampa məxsus bir iş deyil. Bundan öncəki hökumətlər də öz öhdəliklərini müxtəlif formalarda pozublar. Onlar da hədələyirdilər, onlar da götürdükləri işin öhdəliyinin əksinə hərəkət edirdilər. Bu, bizə dəfələrlə müxtəlif zamanlarda ABŞ-la niyə müzakirə etmirsiz deyənlərin cavabıdır."
 
Ayətullah Xamenei qeyd edib ki, ABŞ-ın İranla düşmənçiliyi təkcə nüvə məsələsinə görə deyil, ondan da artıqdır. İslam Respublikası  sistemi ABŞ-ı heç saymır, İslam bayrağı əlində tutub, ABŞ bele bir sistemə qarşıdır. ABŞ istəyir ki, İslam Respublikasının güc qaynaqlarını məhv etsin. Düşmən qarşısında mülayimlik onun ülgücünü küt etməyəcək, bəlkə onu daha da arsızlaşdıracaq. Necə ki, ikinci Buş qarşısında o dövrki hökümət mülayimlik göstərdi və ABŞ pislik məhvəri adını onum üzərinə qoydu. Əgər düşmənçiliyin azalması üçün nəsə iş görmək istəyirsizsə, bunun yolu mülayimlik deyil.
 
Ayətullah Xamenei qeyd edib ki, ABŞ qarşısında müqavimət onun geri oturmasına səbəb olur. BMT-də İranın uranın zənginləşdirmə haqqının rəsmiyyətə tanınması, müzakirələrin aparılmasına görə deyil. Onun mənbəyi bizim nüvə sahəsində əldə etdiyimiz nailiyyətlərimizdir. Və onlar da bunu qəbul ediblər. 
 
Ayətullah Xamenei Avropanın ABŞ-la önəmli məsələlərdə bir olduğunu bildirərək deyib ki, bizim Avropa ölkələri ilə davamız yoxdur. Bu 3 ölkə göstəriblər ki, ən həssas məsələlərdə ABŞ-ın yanında olublar. Fransanın nüvə müzakirələrində "pis polis" rolu oynaması və Britaniyanın  sarı tortun  əldə olunması ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməməsi buna bir nümunədir.
 
Ayətullah Xamenei  nüvə proqramına dair  Hərtərəfli Bİrgə Fəaliyyət Planının Avropa ölkələri ilə icrasının davam etdirilməsi üçün bir neçə şərt irəli sürüb.   “3 Avropa ölkəsi 13-14 il qabaq -2004-2005-ci illərdə nüvə müzakirələrinə öhdəliklərindən boyun qaçırdı və yerinə yetirmədi.  Bu gün o boyun qaçırmanı və sədaqətsiliklərini yenidən etməyəcəklərini sübut etməlidirlər.  ötən 2 il ərzində ABŞ  dəfələrlə nüvə sazişini pozub və Avropalılar sakit qalıb. Avropa həmin sükutu pozmalı və kompensasiya etməlidir. ABŞ 2231 qətnaməsini pozub. Avropa  ABŞ-ın bu qanunsuzluğuna qarşı  bir qətnamə qəbul etməlidir. Avropa öhdəlik götürməlidir ki, İslam Respublikasının regiondakı fəaliyyətlərini və raket məsəlsəini  gündəmə gətirməyəcək.  Avropa İslam Respublikasına qarşı hər növ sanksiayaya qarşı çıxmalıdır və ABŞ-ın sanksiyası qarşısında açıq aşkar durmalıdır.  Avropa İRanın neft satınışına zəmanət verməlidir.  ABŞ  bizim nef satışımıza  zərbə vrumaq istəyə  istədiyimiz qədər neft sata bilməliyik.  Avropalılar  zəmanətlə onu kompensasiya etməli və bizdən neft almalıdırlar.  Avropa bankları  İslam Repsublikası ilə  ticarət üçün zəmanət verməlidirlər.  Bizim bu 3 ölkə ilə davamız yoxdur. Amma onlara inanmırıq və bu onların öncədən etdiklərindən irəli gəlir.”
 
Ayətullah Xamenei qeyd edib ki, Avropalılar  bizim bu istəklərimiz qarşısında  səhlənkarlıq etsələr  İranı nüvə fəaliyyətlərini başlamaq haqqını özündə qoruyur.  Hərtərəfli Birgə Fəaliyyət Planın işləmədiyini görsək,  dondurulmuş fəaliyyətlərin yenidən bərpası çıxış yollarından biridir. 
 
 
 

Google+ WhatsApp ok.ru