ABŞ-ın ikinci ən qədim məscidi

ABŞ-ın ikinci ən qədim məscidi

Miçiqan əyalətinin Dearborn şəhər məscidi ABŞ-ın ikinci tarixi məscididir və 80 ildir ki, tikilib. 
 
Maide.Az “arabamericannews”a istinadən xəbər verir ki, məscidin 80 illik yubleyi münasibətilə aprelin 19-da  bayram şənliyi təşkil olunacaq. 
 
Miçiqan əyalətinin Dearborn məscidi  1937-ci ildə ABŞ-a mühacirət etmiş miqrantlar tərəfindən tikilib. İlk öncə bir namazxana kimi fəaliyyət göstərən məscid hazırda 48 min Fut - Kvadrat Metr  əraziyə sahibdir.  Məsciddə namaz qılanların sayı hər gün artmaqdadır.  Həmçinin ABŞ-da səsucaldıcı vasitələrlə Azan yayımlamaq hüququna malik  ilk məscid Dearborn məscididir.   
 
ABŞ-da ilk müsəlman ibadət ocağı “Ana Məscidi” adı ilə 1934-cü ildə tikilib. 
 

Google+ WhatsApp ok.ru