ABŞ-ın ilk hicablı xəbərlər diktoru 27 Mart 2018 01:00 Dünya -- WHBF televiziyasında xəbərlər diktoru işləyən 27 yaşlı Tahirə Rəhman... ABŞ-ın İlinoys və Ayova ştatlarında yayımlanan WHBF televiziyasında xəbərlər diktoru işləyən 27 yaşlı Tahirə Rəhman, ölkənin gündəlik efir vaxtı olan ilk hicablı xəbərlər diktoru kimi tarixə düşüb. Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, iki ildən artıq müddətdir eyni kanalda xəbər prodüseri kimi fəaliyyət göstərən T.Rəhmanın anası Hindistan, atası da Pakistan əsillidir. Rəhmanın özü isə Çikaqoda dünyaya gəlib. Telekanalın xəbər agentliyinin müdiri fevralın 8-də ilk canlı efirə çıxan T.Rəhmanın həddən artıq uğurlu olduğunu və ondan heç vaxt hicabını çıxarmasını istəməyi düşünmədiyini açıqlayıb. Çikaqonun Loyola Universitetinin hurnalistika fakültəsinin məzunu olan T.Rəhman da mediada işləməyi çox sevdiyini və bir müsəlman kimi işində çox uğurlu olmağı arzu etdiyini bildirib. Teqlər : #ABŞın ilk hicablı xəbərlər diktoru, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Buddistlər Şri- Lankada daha bir məscidə hücum edib – Foto Arakanlı müsəlmanların yaşadıqlarından sənədli film hazırlandı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO