ABŞ-ın Kabilə zərbəsi zamanı ölən dinc sakinlərin sayı 12-yə çatıb

ABŞ-ın Kabilə zərbəsi zamanı ölən dinc sakinlərin sayı 12-yə çatıb

ABŞ-ın Kabilə aviazərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb.
 
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
 
Qeyd edək ki,  ötən gün ABŞ pilotsuz təyyarəsinin Əfqanıstanın paytaxtı Kabilə zərbələr endirib. Zərbə nəticəsində  ilkin məlumata görə,  6-sı uşaq olmaqla 9 dinc sakin həlak olmuşdu.
 
Qeyd edilir ki, ən kiçik qurbanların yaşları iki və üçdür.  Ölənlərin qohumu telekanalın jurnalistinə deyib ki, həlak olanlar adi ailənin üzvləri olub.
 
"Biz İŞİD deyilik, bu, (ABŞ-ın hədəfi-red) qardaşlarımın öz ailələri ilə yaşadıqları ev idi", - o qeyd edib.

Google+ WhatsApp ok.ru