ABŞ: Nümayəndələr Palatası Rusiya ilə mübarizəyə dair qanun qəbul edib

ABŞ: Nümayəndələr Palatası Rusiya ilə mübarizəyə dair qanun qəbul edib

Yeni qanunda əsas odur ki, o, prezidenti parlamentin icazəsi olmadan Rusiyaya qarşı sanksiyaları ləğv etmək imkanından məhrum edir.

ABŞ konqresinin Nümayəndələr Palatası böyük səs çoxluğu ilə Rusiyanı, İran və Şimali Koreya ilə birlikdə, ABŞ-ın xarici siyasət əleyhdarları sırasına qatan qanunu qəbul edib.
 
Bu qanun həmçinin prezident Trump-a Rusiyaya qarşı sanksiyaları təkbaşına ləğv etməyi də qadağan edir.
 
814 səhifəlik sənədin təxminən yarısı Rusiyaya həsr olunub: bu səhifələrdə amerikalı siyasətçilərin Moskvanı ittiham etdiyi bütün şeylər - korrupsiya, insan hüquqlarının pozulması, ABŞ və digər ölkələrin kibertəhlükəsizliyinə müdaxilə və seçki nəticələrinə təsir etmək cəhdləri yer alıb.
 
Sənəddə həmçinin bu günə qədər qəbul edilmiş bütün sanksiya aktları da xatırlanıb.
 
Yeni qanunda əsas odur ki, o, prezidenti parlamentin icazəsi olmadan Rusiyaya qarşı sanksiyaları ləğv etmək imkanından məhrum edir.
 
Bu qanun layihəsinin hazırlanmasına Donald Trump-ın Vladimir Putinlə "yaxşı bir sövdələşmə" bağlayaraq Rusiya ilə münasibətləri qurmağa hazır olması barədə dumanlı bəyanatları,  Demokrat partiyasının kompüterlərinə müdaxilə və seçkilərin nəticələrinə təsir göstərmək ittihamları səbəb olub.
 
Moskva bu ittihamları ardıcıl surətdə rədd edir.(bbc)

Google+ WhatsApp ok.ru