Səudiyyə rejimi Yəmən xalqının yarısını içməli sudan məhrum edib

Səudiyyə rejimi Yəmən xalqının yarısını içməli sudan məhrum edib

BMT Yəmən xalqının təxminən yarısının ölkələrinə qarşı Səudiyyə rejiminin və işğalçı koalisiyasının apardığı təcavüzkar müharibəyə görə, təmiz içməli su və sağlamlıq xidmətlərindən məhrum olduğunu bildirir.
 
Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, Əl-Məyadinə şəbəkəsinin yazdığına görə, Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) öz Tvitter hesabında Yəmənin dünyanın ən pis humanitar böhranından əziyyət çəkdiyini, təxminən 1,5 milyon insanın təhlükəsiz içməli sudan istifadə edə bilmədiyini bildirib.
 
Təşkilat keçən il Yəməndə iki milyondan çox insana su və səhiyyə xidməti göstərdiyini söyləyib
 
Yəmən Humanitar Məsələlər Ali Şurasının sözçüsü Tələt Əl-Şərcabi dünən Yəmən xalqının BMT-nin bəyanat və hesabatlarında “rəqəmlərdən” artıq olmadığını söyləyib və əlavə edib ki, BMT yalnız Yəmən böhranını idarə edir və fundamental həll axtarmır.
 
Səudiyyə rejimi-ABŞ koalisiyasının 2015-ci ildən bəri Yəmənə hücumu ölkədə ən pis humanitar böhran yaradıb və əhalinin 80%-nin yaşamaq üçün humanitar yardıma ehtiyacı var.
 
Yəməndə neft məhsulları daşıyan gəmilərin tez-tez müsadirə olunması səbəbindən Yəməndə yaşanan yanacaq çatışmazlığı, ölkədəki bir çox mühüm əhəmiyyətli obyekt və elektrik stansiyalarının bağlanmasına səbəb olub.

Google+ WhatsApp ok.ru