ABŞ-ın Minnesota ştatında ilk hicablı polis

Kadra Məhəmməd  adlı Somali əsilli Amerikalı müsəlman qadın ABŞ-ın Minnesota ştatında polis idarəsində çalışan ilk hicablı qadındır. 
Maide.az xəbər verir ki, Kadra Məhəmməd ABŞ Polisində işləməklə bu ölkənin icra aparatlarında müsəlman qadınların işləməkləri üçün zəmin yaradıb. 
Kadra 2014-cü ildə Polis İdarəsində işə başlayıb. O Amerikada yaşayan Somali əsilli vətəndaşlarla iş üzrə idarədə çalışır. Amerikada 80 min nəfər Somaliyalı yaşayır. Onlar  əsasən Minnesota ştatının St. Paul və Minneapolis şəhərlərində məskunlaşıblar. /
 
 

Google+ WhatsApp ok.ru