ABŞ-ın qorxulu yuxusu - 11 sentyabr hadisələrindən 19 il keçir

ABŞ-ın qorxulu yuxusu - 11 sentyabr hadisələrindən 19 il keçir

11 sentyabr ABŞ tarixinə faciə günü kimi həkk olunub. Modern.az-ın məlumatına görə, 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin binaları terror hücumları zamanı partladılmışdı.
 
11 sentyabr terror aktları-Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarından ibarət olub.
 
Yerli vaxtla saat 08:46-da "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. İnsanlar bu terrorun şokunda ayılmamış, 09:03 radələrində Cənub qülləsi bənzər hücuma məruz qalıb. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi-Pentaqonun binası da terroristlərin idarə etdikləri təyyarə tərəfindən vuruldu.
 
Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.
 
Bu hadisələr nəticəsində 2976 sadə vətəndaş həlak oldu.
 
Eyni zamanda 6 mindən çox insanın yaralanması ilə nəticələn hadisə ABŞ-ı çox sarsıtdı. Həmin hadisələr ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə başlamasına, əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara start verilməsinə təkan verdi.
 

Google+ WhatsApp ok.ru