ABŞ-ın Sent Luis şəhərində vəziyyət yenidən qarışıb

ABŞ-ın Missuri ştatının Sent Luis şəhərində bir qara gəncin polis tərəfindən öldürülməsinə etiraz edən nümayişçilərə təhlükəsizlik qüvvələri bibər qazıyla müdaxilə edib.
 
Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Amerika mətbuatında çıxan xəbərlərə görə, 18 yaşlı qara gənc Mənsur Ball-Beyin çərşənbə günü polis tərəfindən döyülərək öldürülməsindən sonra gecə boyu etiraz aksiyaları keçirilib. Polis 9 nəfəri saxlayıb.
 
Sent Luis Bələdiyyə sədri Frensis Slay və Polis rəisi Sam Dotsonun cümə günü keçirdiyi mətbuat konfransında etirazçıları sakitliyə çağırıb.
 
Digər tərəfdən, polisin verdiyi açıqlamada öldürülən gəncin silahlı olduğu iddia edilib.
 
İki polis məmurunun bir evdə axtarış aparmaq üçün gəldikləri zaman Ball-Beyin qaçmağa başladığını bildirən Dotson, qara gəncin daha sonra silahını məmurlara tuşladığını, bundan sonra polisin atəş açdığı deyilir.

Google+ WhatsApp ok.ru