ABŞ-ın Suriyaya hücumları zamanı 900 dinc sakin həlak olub

ABŞ-ın Suriyaya hücumları zamanı 900 dinc sakin həlak olub

Suriya İnsan Haqları qrupu bildirir ki, 2014-cü ildə Amerikanın rəhbərliyi altında koalisiyanın Suriyaya hücumları başlandığı vaxtdan indiyədək  təqribən 900 dinc sakin həyatını itirib. 
 
Maide.Az xəbər verir ki, əsas qərargahı Britaniyada yerləşən bu təşkilaıtn cümə axşamı günü açıqladığı hesabatda bildirilir ki, indiyədək 876 dinc sakin öldürülüb ki, onlardan onlardan 339 nəfəri uşaq və qadındır.
 
Məlumatda bildirilir ki, Amerikanın hücumları nəticəsində öldürülən suriyalı dinc sakinlərdən 209 nəfəri 18 yaşlı gəncdir. 
 
ABŞ koalisiyasının hücumlarında öldürülənlər əsasən Suriyanın şimal, şimal-şərq və şimal qərb Hələb, Ədləb, Hasaka, Raqqa və Dir al-Zur bölgəsindəndir. /

Google+ WhatsApp ok.ru