ABŞ-ın tələblərinə tabe olmadığımız üçün məni devirmək istəyirlər

ABŞ-ın tələblərinə tabe olmadığımız üçün məni devirmək istəyirlər

Ordudan başqa heç bir qüvvənin Suriyadakı müharibə qazanması mümkün olmadığını qeyd edən Suriya prezidenti Bəşər Əsəd, ən azı 2021-ci ilə qədər vəzifəmdə qalmaq istəyirəm deyib.
 
Maide.Az xəbər verir ki, amerikalı və qərbli jurnalistləri qəbul edən Əsəd bildirib ki, Suriyadakı sosial durum müharibədən başlanğıcından daha yaxşıdır. Bu hekayəni bilirsiniz ki, əsl səbəb hökuməti devirməkdir. Bu hökumət ABŞ-ın meyarlarına uyğun gəlmir. Minlərlə suriyalının terrorçular tərəfindən öldürülməsinə baxmayaraq, heç kim müharibə cinayətlərilə bağlı danışmır. Hökumət qüvvələrinin xəstəxanalara və tibb işçilərinə hücum təşkil etdiyinə dair iddiaları yalandır. Yaxşı, bu iddiaların doğru olduğunu qəbul edək. Prezident öz vətəndaşını öldürdü və ABŞ suriyalılara yardım edir, 5.5 ildən sonra məni kim dəstəklədi? Xalqım məni dəstəkləməsə necə prezident olardım? Bu reallıqdır, nağıl deyil. 

Google+ WhatsApp ok.ru