ABŞ-ın yeganə müsəlman şəhəri -FOTOLAR

Əhalisinin əksəriyyətinin müsəlmanlardan ibarət olduğu ABŞ-ın “Hamtramck”şəhər
suriyalı qaçqınların gəlişini alqışlayan yeganə Amerika şəhəridir.
Maide.az xəbər verir ki, ABŞ-ın Miçiqan ştatında yerləşən Hamtramck şəhərinin əsas sakinləri Yəmən, Bosniya və Banqladeşdən mühacirət etmiş müsəlman miqrantlardan ibarətdir.
Şəhərin müsəlman əhalisi qeyri-müsəlmanları üstələyir və buna görə də, Şəhər Şurasının əksər üzvlərini müsəlmanlar təşkil edir.
Şəhərdə namaz vaxtı bütün küçələrdə Azan səsi eşidilir və İslam atributlarına xüsusi diqqət cəlb yetirir.
Bundan əlavə, Halal qida mağazaları, məscidlər və bannerlər şəhərə İslam rəngi bəxş edib.
Hamtramck şəhərində müsəlmanlarla qeyri-müsəlmanlar birlikdə yaxşı yaşayırlar və indiyədək onlar arasında hər-hansı bir problem müşahidə edilməyib.
Suriya qaçqınların böhranı kəskinləşdikdən və onlar Qərbə axın etməyə başladıqdan sonra, üz tutduqları ölkələrdən biri də ABŞ olub. Amma onlar indiyə qədər ABŞ hökümətinin maneələri ilə üzləşiblər və miqrantların bu ölkəyə girişinin qarşısı alınıb.
Son vaxtlar Hamtramck şəhərinin rəhbərliyi isə bildirib ki, ABŞ-ın siyasətinin əksinə olaraq, onlar Suriya qaçqınların gəlişini alqışlayırlar./
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru