ABŞ 14 ildir milyonlarla insanı bu cür dinləyir

ABŞ kəşfiyyatı 30 ölkədə satılan fərdi kompüterlər vasitəsi ilə milyonlarla insanı dinləyirmiş.
 
Axar.az xəbər verir ki, ABŞ kompüterlərə yazılan "casus proqramı"nın sayəsində 2001-ci ildən bu addımı atıb.
 
Rusiya Kiber Təhlükəsizlik şirkəti "Kasperski" milyonlarla insanın istifadə etdiyi şəxsi kompüterlərdə ABŞ kəşfiyyatına məxsus olan cihaz tapıb.
 
İddiaya görə, "Toşiba", İBM və "Samsunq" kimi texnologiya nəhəngləri tərəfindən istehsal edilən kompüterlərdə olan bu proqram vasitəsi ilə ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) milyonlarla insandan məlumat toplayır.
 
Kiber Təhlükəsizlik şirkəti tərəfindən edilən açıqlamada bildirilir ki, Çin, İran və Rusiya daxil olmaqla, 30 ölkədə satılan kompüterlər əsasən dövlət qurumlarında yer alır. /

Google+ WhatsApp ok.ru