ABŞ “3D” texnologiyası ilə hazırlanmış dərman preparatlarının istehsalına icazə verib 05 Avqust 2015 01:00 Sağlamlıq ABŞ-ın qida məhsulları və dərman keyfiyyətinə sanitar nəzarət idarəsi (“FDA”) tarixdə ilk dəfə “3D” printerin köməyi ilə yaradılmış dərman preparatının istehsalına icazə verib. Maide.az “bbc.com” saytına istinadən bildirir ki, bundan əvvəl “FDA” artıq tibb sahəsində tətbiq edilən müxtəlif qurğu və aparatların “3D” printerlərdən istifadəyə əsaslanan istehsalına icazə verib. Üçölçülü çap texnologiyasının köməyi ilə yaradılmış yeni “Spritam” dərman preparatı epileptik qıcolmalara nəzarət etməkdə kömək edir. Dərman preparatını yaratmış “Aprecia Pharmaceuticals” müasir texnologiyaların köməyi ilə başqa dərman preparatlarını da hazırlamağa söz verib. Başqa dərmanlar kimi “3D” dərman da insan orqanizmində həll olunur. Ekspertlər əmindirlər ki, yeni texnologiya gələcəkdə fərdiləşdirilmiş dərman preparatları yaratmağa imkan verəcək. Teqlər : #ABŞ 3D texnologiyası ilə hazırlanmış dərman preparatlarının istehsalına icazə verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyada hər 6 nəfərdən biri miqren xəstəliyindən əziyyət çəkir Bakıda təcili tibbi yardıma günvurma şikayəti ilə 57 müraciət daxil olub
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir