ABŞ əhalisinin 40 faizi iqtisadi çətinliklə yaşayır

ABŞ əhalisinin 40 faizi iqtisadi çətinliklə yaşayır

Vaşinqtonda yerləşən sosial və iqtisadi siyasət araşdırma qurumu olan “Urban İnstitutu” əhalinin yaşayış səviyyəsi ilə bağlı araşdırma aparıb.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 18-64 yaş aralığında olan 7588 nəfərin iştirakı ilə keçirilən sorğu əhalinin bütün təbəqələrini əhatə edib.
 
Araşdırmaya görə, ABŞ əhalisinin 39,4 faizi ən az bir sahədə maliyyə problemi yaşayır, 23,7 faizi isə birdən çox sahədə iqtisadi probemlə üzləşir.
 
23,3 faizi ərzaqların bahalığından, 18 faizi səhiyyə xərclərinin ödəyə bilməməkdən və 17,8 faizi isə səhiyyə xidməti ala bilməməkdən əziyyət çəkir.
 
Bundan başqa, əhalinin 13 faizi kommunal xərcləri vaxtında ödəyə bilmir, 4,3 faizi isə borca görə kommunal xidmətlərdən istifadə edə bilmir.
 
Bütün bunlara baxmayaraq, ABŞ prezidenti Donald Tramp iqtisadiyyatın hazırda çox yaxşı vəziyyətdə olduğunu bildirir. 

Google+ WhatsApp ok.ru