ABŞ ‘Həşd Şabi’nin silahsızlaşdırılması üçün Bağdada təzyiq göstərir

ABŞ ‘Həşd Şabi’nin silahsızlaşdırılması üçün Bağdada təzyiq göstərir

ABŞ-ın Bağdad hökumətinə "Həşd Şabi' xalq birliklərinin silahsızlaşdırılması üçün təzyiq göstərir. Bu barədə İraq parlamentinin üzvü məlumat verib.   

İraq parlamentinin "əl-Fəth" koalisiyasından olan millət vəkili Məhəmməd Kərim bildirib ki, Vaşinqton Bağdaddakı səfirliyi vasitəsilə İraq hökumətinə "Həşd Şabi" xalq birliklərinə ağıllı və qabaqcıl silahların verilməsinə görə maneçilik törədir:

"Bu təzyiqlər o qədər çoxalıb ki, ABŞ hökumətdə öz siyasi nümayəndələri vasitəsilə "Həşd Şabi"ni zəiflətməyə çalışır".   

Qeyd edək ki, "Həşd Şabi" ordu birləşməsi İraqın nüfuzlu din xadimi, mərceyi-təqlid Ayətullah Seyid Əli Hüseyni Sistaninin 2014-cü ilin avqustunda etdiyi cihad çağırışından sonra yaradılıb. Birləşmənin 300 minə yaxın tərəfdarı, 135 min nəfərlik aktiv hərbi gücü var. /eastnews.org/

Google+ WhatsApp ok.ru