ABŞ Ali Məhkəməsi hicab ayrıseçkiliyi işinə baxıb

ABŞ Ali Məhkəməsi geyim mağazasının gənc hicablı  xanımı işə alıb-almadığını araşdıran iş yerində dini ayrı-seçkilik iddiası ilə bağlı açılış arqumetlərini dinləyib.
 
Maide.az xəbər verir ki, modaya  böyük sevgisi olan 17-yaşlı Samanta Elauf "Abercrombie and Fitch" mağazasında iş şərtlərinə tam olub, amma hicab geyinməsinə qadağa qoyulub.
 
Vəkil bildirir ki, “O, iş müsahibəsi üçün hicabını çıxara bilməzdi, "Abercrombie and Fitch" isə Ssmantanın dini inancına sabiq qaldığı üçün onu işə götürməkdən imtina etdi.”
 
"Abercrombie and Fitch" Elaufun hicabına dini səbəblərdən dolayı yox, şirkətin sərt geyim-kodu olduğu üçün etiraz etdiyini iddia edir.
 
Elaufun vəkili qərarın mağazanın leyhinə olmasının bütün sahibkarlara hər bir dinə mənsub insanlara qarşı ayrı-seçkilik etmələrinə imkan yaradacağını deyir: “Onların sevmədikləri və ya brend imiclərini təbliğ etməyən dinlərə mənsub insanları işə götürməmək imkanı olacaq.”
 
Ali Məhkəmə məsələ ilə bağlı may ayında qərar verəcək.

Google+ WhatsApp ok.ru