ABŞ Astanadakı Suriya üzrə danışıqlara xüsusi nümayəndə ilə qatıldı

ABŞ Astanadakı Suriya üzrə danışıqlara xüsusi nümayəndə ilə qatıldı

ABŞ-ın nümayəndəsi Astanada keçirilən Suriya üzrə danışıqlarda iştirak etmək üçün artrıq Qazaxıstana gəlib. Trend-in məlumatına görə, bu barədə Qazaxıstan XİN-in nümayəndəsi bildirib.
 
Qeyd edək ki, bu gün Astanada Suriyada problemin nizamlanması üzrə danışıqların 3-cü mərhələsi başlayır. Danışıqlarda İran və Türkiyə nazir müavinləri səviyyəsində təmsil olunur. Bundan öncəki danışıqlar masasında ABŞ-ı Qazaxıstandakı səfiri Corc Krol təmsil etmişdi.
 
Qazaxıstan XİN-in nümayəndəsi bildirib: "Bu gün keçirilən danışıqlarda ABŞ-ı ölkənin Qazaxıstandakı səfiri və Vaşinqtondan gəlmiş nümayəndə təmsil edir".

Google+ WhatsApp ok.ru