ABŞ aviaşirkətlərinə İran üzərindən uçuşlar qadağan edilib 21 İyun 2019 08:29 Dünya ABŞ-ın Mülki Aviasiya İdarəsi Amerika aviaşirkətlərinə İranın Hörmüz boğazı və Oman körfəzi üzərindəki hava məkanlarında uçuş həyata keçirməyi qadağan edən təcili xəbərdarlıq yayıb. İdarənin bəyanatında qeyd olunur ki, ən yaxın mülki təyyarə İran tərəfindən vurulan Amerika pilotsuz aparatı ilə 45 mil (72 km) məsafədə olub. İran İslam İnqilabı Keşikçiləri Korpusu iyunun 20-də ölkənin hava məkanına daxil olan ABŞ-a məxsus kəşfiyyatçı funksiyalı pilotsuz uçan aparatının vurulduğunu bəyan edib. Birləşmiş Ştatlar öz növbəsində aparatın saxlanılan zaman böyük yüksəklikdə olduğunu bildirib. KİV-in məlumatına görə, Amerika lideri Donald Tramp hadisədən dərhal sonra İrandakı hədəflərə zərbələr endirilməsi barədə göstəriş verib, ardınca fikrini dəyişib. / Report / Teqlər : #ABŞ,#aviaşirkətlərinə,#İran,#üzərindən,#uçuşlar,#qadağan,#edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Atmosferə tullantılar yarıbayarı azaldılmalıdır Kanadada dövlət işçilərinə hicab qadağan edilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO