ABŞ Avropa və Asiyada raketlərin sayını artıracaq

ABŞ Avropa və Asiyada raketlərin sayını artıracaq

ABŞ Avropa və Asiya regionunda qısa və orta mənzilli raketlərin sayını artıracaq.

 Bunu Pentaqonun rəhbəri Mark Esper bildirib. 

 “Çin Hindistan-Sakit okean bölgəsində çox sayda raket, 1000-dən çox orta və qısa mənzilli raketlər yerləşdirib. Rusiya da qısa və orta mənzilli raketlərin ləğvi haqqında müqaviləni pozaraq bunu edib.

Hər iki döyüş teatrında eyni qüvvələri yerləşdirməyə borcluyuq”.   

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında mövcud olmuş qısa və orta mənzilli raketlərin ləğvinə dair müqavilə Amerika tərəfinin təşəbbüsü ilə 2 avqust 2019 tarixində ləğv edilib. /report.az/

Google+ WhatsApp ok.ru