Abbas Hüseynov cərimə kamerasına salınıb

Abbas Hüseynov cərimə kamerasına salınıb

Nardaranda baş verən hadisələrdə təqsirləndirilən Abbas Hüseynov cərimə kamerasına salınıb.
 
Bu barədə Meydan TV-yə A.Hüseynovun vəkili Fariz Namazlı məlumat verib. Vəkilin sözlərinə görə, Abbas Hüseynovu saxlanıldığı Bakı İstintaq Təcridxanasında 5 gün muddətinə cərimə kamerasına salıblar:
 
"Hansı səbəbə görə kameraya salınması barədə məlumat yoxdur. Təcridxana rəhbərliyi hər dəfə olduğu kimi yenə də qanunsuz olaraq təqsirləndirilən şəxslərə ora salınmasının səbəbini izah etmir və inzibati tənbeh barədə qərarın surətini vermir".
 

Google+ WhatsApp ok.ru