ABŞ Beynəlxalq Haaqa Məhkəməsini təhdid etdi

ABŞ Beynəlxalq Haaqa Məhkəməsini təhdid etdi

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələri üzrə müşaviri Con Bolton ölkəsinə törədilən hərbi cinayətlərə görə istintaq açmaq istəyən Beynəlxalq Haaqa Məhkəməsini təhdid edib. Ağ Evin milli təhlükəsizlik müşaviri deyib ki, Haaqa tribunalı Əfqanıstanda ABŞ ordusu və kəşfiyyat rəsmilərinin hərbi cinayətlər törətməsinə dair istintaq açsa, sanksiyalar işə düşəcək.
 
Maide.Az FaktXəbər-ə istinadla bildirir  ki, Bolton bu mövzuda paytaxt Vaşinqtonda mühafizəkar kimi tanınan "Federal Society" adlı qurumda çıxışı zamanı danışıb: "ABŞ əsgərlərinin taleyini Venesuela və hələ ki, dövlət olmayan Fələstinin üzv olduğu bir məhkəməyə həvalə etmək olarmı? Əlbəttə, xeyir. ABŞ əsgərlərinin törətdiyi hərbi cinayətlər barədə istintaq açılsa, məhkəmə hakimlərinə ABŞ-a giriş qadağan olunacaq və qurumun fondlarına da sanksiya tətbiq ediləcək. ABŞ vətəndaşları və müttəfiqlərimizi Beynəlxalq Haaqa Məhkəməsinin araşdırmalarından qorumaq üçün nə lazımdırsa edəcəyik".
 

Google+ WhatsApp ok.ru