ABŞ boşboğazlıq etmək əvəzinə öz problemlərini həll etsin – Ayətullah Xamenei

ABŞ boşboğazlıq etmək əvəzinə öz problemlərini həll etsin – Ayətullah Xamenei

“Düşməni qəzəbləndirən hər bir addım düzgündür. Amma onun ruhiyyəsini gücləndirən və həyasızlaşdıran hər bir işdən çəkinmək  lazımdır.”
 
Maidə.az Leader.ir-ə istinadla xəbər verir ki, bunu Ali Rəhbər  Seyid Əli Xamenei hərbçilərlə görüşündə deyib. Ayətullah Xamenei bildirib ki, hətta  azadlıq iddiasında olan və insan haqqlarına əməl etdiyini iddia edən ölkələrdə belə silahlı qüvvələr  diktatorların güc ünsürü və xalqa qarşı bir vasitədir.
 
“Bunun bariz nümunəsini  Paris hadisələrində müşahidə etdik. Lakin İslamda ordu xalq üçün  etibarlı bir  hasardır. Silahlı qüvvələrimiz  müharibə zamanı sinəsini sipər edərək düşməni yerində oturzduran, sülh zamanı isə  xalqın  sabitliyini fədakarlığı ilə seçilən insanlardır. Bu səbəbdəndir ki, düşmənlər bu qüvvələri “qorxaq” göstərməklə xalqın sabitliyini pozmağa çalışır.”
 
Ayətullah Xamenei İran Silahlı Qüvvələrinin və İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH)-ın  reigonda düşmənlərin çirkli planları qarşısında mübarizəsindən danışıb. “Əgər ordu və SEPAH  İŞİD-lə mübarizəyə qoşulmasaydı, bu gün qonşu ölkələrin durumu necə olacaqdı? Bu bölgədə kimlər hökmranlıq edəcəkdi? Əlbətdə, terrorçularla mübarizədə həmin ölkələr özləri də mübarizə apardı və lazimi addımları atdı. Lakin  İran terrorla mübarizədə İran ordusunun rolu  danılmazdır”. 
 
ABŞ-ın İslam Respublikası əleyhinə  əsassız hücumunun məqsədinin  ictimai ruhu zəiflətmək olduğunu bildirən Ayətullah Xamenei qeyd edib ki,  əslində ABŞ-ın milyardlarla dollar borcu və müxtəlif problemləri var. 
 
“Müxtəlif bölgələrdə o cümlədən Carolina kimi bölgələrdə baş vermiş tufan və seldən  bir neçə il keçməsinə baxmayaraq hələ də oradakı problemləri həll edə bilməyiblər. Yaxşı olardı ki, İran xalqının ruhiyyəsini zəfilətmək üçün  boşboğazlıq etmək əvəzinə öz problemlərini həll etsin.
 
"İranda baş vermiş son sel hadisəsində  xalqın  seldən əziyyət çəkənlərə yardım etməkdə misilsiz  iştirakı ABŞ-ı daha da qıcıqlandırır. Çünki ölkənin müxtəlif təbəqələrdən, o cümlədən ordu, Sepah, “Bəsic” Könüllüləri və minlərlə tələbə və ruhaninin seldən əziyyət çəkənlərin yardımında birlik nümayiş etdirməsi misilsiz idi. Düşmən isə bunu “görə bilmir.”  
 

Google+ WhatsApp ok.ru