ABŞ, Britaniya və İordaniya ordusu qüvvələri Suriyanın cənub sərhədinə toplaşır

ABŞ, Britaniya və İordaniya ordusu qüvvələri Suriyanın cənub sərhədinə toplaşır

Suriyanın cənub sərhədlərinə toplaşan ABŞ, Britaniya və İordaniya Ordusunun qüvvələri ilə yanaşı ərazidə bu 3 ölkə tərəfindən təlim görmüş 4 min muxalifətçi silahlı da var.
 
"əl-Məyadin" bildirib ki, 4 min muxalifətçi silahlı Suriya ərazilərinin daxilində ət-Tənif bölgəsində qərarlaşıblar.
 
Britaniya qüvvələri arasında hava qüvvələrinin hərbi helikopterləri və ağır tankları da var.
 
Bundan öncə Suriya XİN rəhbəri Vəlid əl-Müəllim ölkəyə xüsusilə də İordaniya sərhədindən ölkə ərazisinə daxil olacaq hər bir qüvvənin təcavüzkar hesab ediləcəyini bəyan etmişdi. Suriya rəsmi mənbələri Qərb və İordaniya qüvvələrinin ölkənincənub sərhədlərinə yaxın bölgədəki hərəkətini izlədiklərini deyiblər.
 
ABŞ hökməti rəsmiləri İordaniyanın Suriya sərhədlərindəki qüvvələrinin işinə hələ ki rəsmi aydınlıq gətirməyib və bəyanat verməyiblər. Lakin onlar İŞİD-ə qarşı mübarizə çərçivəsində bu müdaxiləni istisna etməyib.
 
Ekspertlər bildirir ki, Qərb və onların bölgədəki müttəfiq ərəb ölkələri Suriya Ordusunun səhra və Dirazzur istiqamətdə irəliləməsindən, digər tərəfdən İraqda İŞİD-i məğlubiyyətə uğradan Haşdu-Şabinin Suriya sərhədləri və oradan da Suriya ərazisinin dərinliklərinə irəliləməsindən narahatdırlar və buna görə İŞİD-lə mübarizə bəhanəsilə, qruplaşmaların Sriyada edə bilmədiyini etmək niyyətindədir. (islaminsesi) /

Google+ WhatsApp ok.ru