ABŞ, Böyük Britaniya və Fransa qüvvələri Suriyaya hava zərbələri endiriblər

-- Dəməşqin şərqinə

ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri  "kimyəvi silah" iddiası ilə Suriyada hədəflərə hava zərbələri endiriblər.
 
Maide.Az "NTV Turk"ə istinadən xəbər verir ki, bu barədə Pentaqonda keçirilən brifinq zamanı ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin rəhbəri general Cozef Danford bildirib.
 
Suriyada gələcəkdə kimyəvi silahlardan istifadəyə yol verməyəcəklərini deyən C.Danford bildirib ki, ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri şərq sahilləri vaxtı ilə 21:00-da Suriyada hədəflərə hava zərbələri endirib. 
 
Suriya Dövlət Televiziyası bu gün səhər hava zərbələrinin endirildiyini təsdiqləyib və bildirib ki, ABŞ, Fransa və İngiltərə Dəməşqdə müxtəlif hədəfləri bombalayıb. Şahidlərin bildirdiyinə görə ABŞ və müttəfiqləri Dəməşqin şərqində yerləşən iki hərbi bazanı vurub.
 
Suriya Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə sistemlərinin vasitəsilə raket zərbələrinin qarşısını alıb. 
 
 
Cozef Danvord bildirib ki, Suriyaya endirilən bu hava zərbələri dalğası başa çatıb.
 

Google+ WhatsApp ok.ru