ABŞ İŞİD-ə görə qorxuya düşdü

İraqın iki hava limanı ilə uçuşlar tamamilə dayandırılıb

ABŞ sərnişin təyyarələrinin İraq səmasında uçuşu qadağan edilib. ANS-in məlumatına görə, ABŞ Vətəndaş Aviasiyasının Federal İdarəsinin açıqlamasında bildirilir ki, təyyarələr yalnız 10 kilometrdən yuxarıda uçuşlar həyata keçirə bilər.
 
“İraq Şam İslam Dövləti ilə ordu qüvvələri arasında şiddətli döyüşlər gedir. İŞİD yeni ərazilər ələ keçirir. Buna görə də sərnişin təyyarələrinin 10 kilometrdən aşağıda uçması təhlükəlidir”, deyə açıqlamada bildirilir.
ABŞ eyni zamanda İraqın Ərbil və Süleymaniyə hava limanları ilə ikitərəfli uçuşları dayandırıb.
 
Qeyd edək ki, bir müddət əvvəl ABŞ sərnişin təyyarələrinin İraqda yalnız 6 kilometr hündürlükdə uçuşlar həyata keçirməsinə icazə vermişdi.

Google+ WhatsApp ok.ru