ABŞ İŞİD-ın sayəsində nələr qazanır? – Dəhşətli FAKTLAR 24 Sentyabr 2014 01:00 Dünya “Amerikada 27 şirkət və ya hüquqi şəxs İraq və Əfqanıstan müharibələrinin ardınca imzalanmış müqavilələr hesabına 27 milyard dollar gəlir əldə ediblər”. “Qlobal Riserç” Araşdırmalar Mərkəzi ABŞ-ın terror siyasəti ilə bağlı hesabat dərc edib. Təşkilatın hesabatına görə, Amerika İŞİD-dən 3 formada faydalanır: 1. Yaxın Şərqdə öz düşmənlərini hücuma məruz qoyur 2. Regiona hərbi müdaxilə üçün bir bəhanə əldə edir 3. Ölkə daxilində əhaliyə qarşı casusluq fəaliyyətlərini terrorizmlə mübarizənin gücləndirilməsi və təhlükəsizliyin qorunması bəhanəsi ilə artırır Oğul Corc Buşun dövründən ABŞ-ın xarici siyasətində özünə yer açan “terrorizmlə mübarizə” termini əslində Amerikanın digər ölkələrin daxili işlərinə siyasi və hərbi müdaxiləsinə imkan verir. ABŞ-ın xarici siyasət sferasında iki qrup həlledici rola malikdir: İsrail lobbisi və silah kartelləri. Bu iki qrup öz-özlüyündə bir-biri ilə sıx əlaqələrə malikdir. ABŞ-ın xarici siyasətində terrorizmlə mübarizənin elan olunduğu zamandan, yəni 2001-ci ildən bəri ABŞ vergi ödəyiciləri hesabına toplanmış 6,6 trilyon dollar vəsait ABŞ-ın militarist siyasətinə xərclənib. Minlərlə amerikalı gənc isə bu yolda Əfqanıstan və İraqda can verib. İsrail lobbisi və silah kartelləri isə bu siyasət hesabına külli miqdarda gəlir əldə ediblər. Amerikada Ümumi Sədaqət Araşdırmalar Mərkəzi tərəfindən aparılan araşdırmalara görə, ötən 3 ildə ABŞ-da 27 şirkət və ya hüquqi şəxs İraq və Əfqanıstan müharibələrinin ardınca imzalanmış müqavilələr hesabına 27 milyard dollar gəlir əldə edib. Bu şirkətlərin rəyasət heyəti və ya işçilərinin 75%-dən çoxu hakimiyyətdə, Konqresdə və ya orduda vəzifə sahibidirlər. “Qlobal Riserç” sonda yazır: “Beləliklə, terrorizmlə mübarizədə ABŞ üçün yeganə bir yol mövcuddur. O da terrorçularda maraq oyatmağa son qoymaq və onların silahlandırılması prosesini dayandırmaqdan ibarətdir”. Teqlər : #ABŞ İŞİDın sayəsində nələr qazanır? – Dəhşətli FAKTLAR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmən paytaxtı Husilər hərakatının tam nəzarəti altına keçdi Sarkisyanın məxfi çıxışı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO