ABŞda nifrət qruplarının sayında artım

`Southern Poverty` Hüquq Mərkəzinin hesabatına görə, ABŞdakı nifrət qruplarının sayı bir ildə 14 faiz artaraq 892-ə çatıb

Maide.az xəbər verirki, "Southern Poverty" Hüquq Mərkəzi adlı müstəqil düşüncə təşkilatı tərəfindən hər il nümayiş olunan və ABŞdakı nifrət qruplarıyla əlaqədar son vəziyyəti ortaya çıxaran hesabatın 2015-ci ilə  aid bölümü ölkədəki nifrət qruplarının bir ildə 14 faiz artdığını göstərir.
 
"Nifrət və radikallıq ili" başlığıyla təqdim edilən hesabatda, ABŞ daxilində ötən 784 olan nifrət qrupu sayının 892-ə çıxdığı bildirilir.
 
Texas ştatı 84 nifrət qrupu ilə siyahının əvvəlində yer alır. Hesabatda Kaliforniyada 68, Floridada isə 58 nifrət qrupunun aşkar edildiyi məlumatı dərc edilib.
 
Hesabatın əlaqədar hissələrində göstərilir ki, Respublikaçı prezidentliyə namizəd, əmlak milyarderi Donald Trump və Texas senatoru Ted Kruzun İslam əleyhdarı ifadələri ölkə daxilində müsəlmanlara qarşı nifrət qrupları və radikallıq cinayətlərinin artmasına təkan verib.
 
Hesabata görə, ABŞ-da 190 nifrət qrupuyla Ku Klux Klanı siyahının başında yer alır. 180 zənci irqçi, 95 ağ millətçi, 95 irqçi dazbaş və 94 faşist qrupu aktiv əkildə varlıqlarını davam etdirir.

Google+ WhatsApp ok.ru